Yanlış parklanma və sürət həddini aşma: Məşhur rusiyalı futbolçu az qala hər gün cərimələnir - FOTO

6-09-2023, 14:14           
Yanlış parklanma və sürət həddini aşma: Məşhur rusiyalı futbolçu az qala hər gün cərimələnir - FOTO
Moskva “Lokomotiv”inin hücumçusu Artyom Dzyuba tez-tez yol-hərəkət qaydalarını pozması ilə gündəmə gəlib.

Məlumata görə, forvard “Range Rover” markalı avtomobillə demək olar ki, hər gün cərimələnir. Son iki həftə ərzində o, 17 dəfə cərimələnib. Bunlardan ikisi qanunsuz parklanmaya, qalanları isə sürət həddini aşmağa görədir.

Bu yaxınlarda Rusiya millisinin futbolçusunun avtomobili Moskvada yanlış yerdə parklanmış halda görüntülənib.

Ümumilikdə, hazırda oyunçunun 20,5 min rubl (təxminən 360 manat - red.) ödənilməmiş cəriməsinin olduğu bildirilir.

Mənbə: “Shot” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru