Ronaldo DÇ-2026-da oynayacaq?

7-09-2023, 10:54           
Ronaldo DÇ-2026-da oynayacaq?
Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu Kriştianu Ronaldo 2026-cı ildə ABŞ-da keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.

Teref.az lent.az-a istinadən bildirir ki, bu barədə “Cabine Desportiva” məlumat yayıb.

O bu barədə hələ bir şey deyə bilməyəcəyini bildirib.

“Son iki il ərzində mən fərqli düşünməyə başladım. Bu günü yaşamalı olduğumuzu düşündürdü. Artıq uzunmüddətli perspektiv haqqında düşünə bilmirəm”, – Ronaldo bildirib.

Avqustun 29-da Ronaldo milli liqalarda qolların sayına görə daha bir dünya rekorda imza atıb. O, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Şəbab”a qarşı matçda iki dəfə fərqlənərək milli liqalarda 516 və 517-ci qolları vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru