Byazinin tərcüməçisi Lukakunun Bakıya gəlməsinə sevinir

8-09-2023, 09:18           
Byazinin tərcüməçisi Lukakunun Bakıya gəlməsinə sevinir
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin tərcüməçisi Belçika millisinin futbolçusu Romelu Lukakunun Bakıya gəlməsinə sevinir.

Qol.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis “SKY Sport” telekanalına açıqlamasında bildirib:

“Düşünürəm ki, Lukaku UEFA Avro-2024-ün seçmə mərhələsi üçün əsas heyətdə meydanda olacaq. Mənim tərcüməçim “Roma”nın böyük azarkeşidir. O, Lukakunun Bakıya gəlməsinə sevinir”.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17:00-da başlayacaq.

Xatırladaq ki, “Roma” ötən ay R.Lukakunu bu mövsümün sonuna kimi icarəyə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru