Norveçli atlet 2000 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb

9-09-2023, 10:04           
Norveçli atlet 2000 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb
Belçikada keçirilən qaçış üzrə Brilyant Liqasında yeni dünya rekordu müəyyənləşib.

22 yaşlı norveçli atlet Yakob İnqebrigtsen 2000 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb.

İngebrigtsen bu məsafəni 4 dəqiqə 43,13 saniyəyə qət edib.

O, 1500 metr məsafəyə qaçışda Olimpiya çempionu və 5000 metr məsafəyə qaçışda ikiqat dünya çempionudur.

Həmçinin atlet dördqat Avropa çempionudur.

Bundan əvvəlki dünya rekordu 1999-cu ildə 4 dəqiqə 44,79 saniyə ilə mərakeşli atlet Hişam əl Qerruja məxsus olub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru