Tanınmış legioner "Qarabağ"dan ayrılır? - AÇIQLAMA

10-09-2023, 00:08           
Tanınmış legioner "Qarabağ"dan ayrılır? - AÇIQLAMA
“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb. Azərbaycan çempionu 25 futbolçunun adını UEFA-ya təqdim edib.

Teref.Az xəbər verir ki, yalnız hücumçu Adama Diakabinin adgı heyətə salınmayıb. Klubun direktoru Əmrah Çəlikəl bununla bağlı açıqlama verib. O, fransalı hücumçunun hazırda düşərgəni tərk etmədiyini bildirib:

"UEFA-ya göndərdiyimiz "A" listində yerimiz dolub. Odur ki, kimisə siyahıdan çıxarmalı idik. Qurban Qurbanovun məsləhəti ilə Diakabini ora daxil etmədik. Amma fransalı legioner hələ heç yerə getməyib, buradadır".

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində, “Bayer 04” (Almaniya), “Hakken” (İsveç) və “Molde” (Norveç) ilə mübarizə aparacaq.\\Sportinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru