Ronaldo otelinin qapılarını zəlzələdən zərər çəkənlərə açdı

10-09-2023, 14:16           
Ronaldo otelinin qapılarını zəlzələdən zərər çəkənlərə açdı
Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun Mərakeşdə yerləşən oteli ölkədə baş verən zəlzələdən zərər çəkənləri pulsuz qəbul edib.

Yenisabah.az “Marca”ya istinadla xəbər verir ki, 38 yaşlı forvardın "Pestana CR7 Marrakech" otelinin Mərakeşdə yerləşdiyi və 4 ulduz reytinqinə malik olduğu bildirilir.

Oteldə fitness mərkəzi, restoran və açıq hovuz da var. Otel ötən gün baş vermiş güclü zəlzələdən sonra zərər çəkənləri pulsuz qəbul edib.

Xatırladaq ki, Mərakeşdə dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru