Xilasından 7 ay sonra Ermənistana qol vurdu - Video

11-09-2023, 13:08           
Xilasından 7 ay sonra Ermənistana qol vurdu - Video
AÇ-2024-ün seçmə mərhələsində Ermənistanın qapısına qol vuraraq Türkiyə yığmasını məğlubiyyətdən xilas edən Bertuğ Yıldırım diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun 7 ay öncə Hatayda olan zəlzələ nəticəsində dağıntılar altında qalması və bir neçə gün sonra xilas olunmasıdır.

Həmin hadisədən 7 ay sonra milliyə dəvət alan B.Yıldırım Ermənistanla matçın son dəqiqələrində komandasına 1 xal qazandırdı.

21 yaşlı oyunçunun dağıntılar altından xilas olduqdan sonra yaxşı çıxışı müzakirələrə səbəb olub. Hər kəs futbolçuya dəstəyini bildirib.

Qeyd edək ki, Bertuğ Yıldırım hazırda Fransanın “Renn” klubunda çıxış edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru