Novak Cokoviç tarixə düşdü

11-09-2023, 13:24           
Novak Cokoviç tarixə düşdü
Serbiyalı tennisçi Novak Cokoviç tarix yazıb. “Qafqazinfo” xəbər verir ki, o, ötən gün ABŞ Açıq çempionatının (USA Open) finalında rusiyalı Daniil Medvedevə (3:0) qalib gəlməklə iki rekorda sahib çıxıb.

Cokoviç kişilər arasında ən çox “Böyük dəbilqə” turnirinin qalibi olan idmançı adına yiyələnib. O, 24 dəfə bu turnirdə birinci olub.

Həmçinin Cokociç USA Open-də qalib olan ən yaşlı idmançı kimi də tarixə düşüb.

Ümumiyyətlə, serbiyalı tennis tarixində 24 “Böyük dəbilqə” qazanan ikinci tennisiçidir. Bundan əvvəl bu rekorda isə avstraliyalı Marqaret Kort nail olmuşdu. O, qadınların turnirində 24 dəfə qalib adını qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru