Argentina millisi səfərə niyə oksigen balonları ilə gedib? - FOTOLAR

12-09-2023, 18:15           
Argentina millisi səfərə niyə oksigen balonları ilə gedib? - FOTOLAR
DÇ-2026-cı seçmə mərhələsi çərçivəsində bu gecə Boliviyanın qonağı olacaq Argentina millisi maraqlı addım atıb.

Publika.az xəbər verir ki, komanda səfərə oksigen balonları ilə yollanıb. Buna səbəb matçın keçiriləcəyi “Estadio Hernando Siles” stadionunun dəniz səviyyəsindən 3637 m yüksəklikdə yerləşməsidir. Yüksəklikdə təzyiqin artması ilə oksigen miqdarının aşağı düşməsini nəzərə alan Argentina Futbol Federasiyası belə addım atıb.


Bu, ilk belə hal deyil. 2018-ci ildə Braziliya millisinin üzvləri də analoji addımı atıb. Elə Argentina millisi də əvvəlki səfər oyununda bu halla üzləşib. Xüsusilə Lionel Messi və Anxel Di Marianın səhhətində problem yaranıb.

Ümumiyyətlə Boliviya səfərinə yollanan komandalar 2500 metr yüksəklikdə keçirilən qarşılaşmalarda problemlər yaşayırlar. Futbolçular nəfəs çatışmazlığı, ürəkbulanma halları ilə üzləşir, qaçmaqda çətinlik çəkirlər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru