“Mənim üçün böyük şərəfdir, amma həqiqət budur ki…” – Lui van Qal
13-09-2023, 11:08
Tanınmış mütəxəssis Lui van Qal Almaniya millisinin baş məşqçi postunu tutacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.az-ın məlumatına görə, tanınmış insayder Florian Plettenberq 72 yaşlı mütəxəssisin dediklərini sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:
“Mənim üçün Almaniya millisinin baş məşqçisi postuna namizədlərin siyahısında olmaq böyük şərəfdir. Amma həqiqət budur ki, heç bir əcnəbi heç vaxt alman komandası ilə işləməyib”.
Van Qalın son iş yeri Niderland yığması olub. O, ölkəsinin millisindən Qətərdə keçirilən DÇ-2022-dən sonra ayrılıb.
Xatırladaq ki, Almaniya Futbol İttifaqı sentybarın 10-da 2021-ci ildən bundestimi çalışdıran Hans-Diter Fliki istefaya göndərib.