“Lion”un keçmiş futbolçusu komandaya rəhbərlik edə bilər

14-09-2023, 09:48           
“Lion”un keçmiş futbolçusu komandaya rəhbərlik edə bilər
Fransa “Lion”u italiyalı mütəxəssis Fabio Qrossoya komandanın baş məşqçisi olmağı təklif edib.

Məlumata görə, italiyalıya 2025-ci ilə qədər müqavilə təklif olunub. Bildirilir ki, hələlik tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, 45 yaşlı Qrosso əvvəllər İtaliyanın “Bari”, “Hellas Verona”, “Breşiya” eləcə də İsveçrənin “Sion” klublarına rəhbərlik edib. Fabio futbolçu karyerası ərzində 2007-2009-cu illərdə “Lion”da çıxış edib.
Hazırda komanda Fransa Liqa 1-də 18-ci pillədə qərarlaşıb. Dörd turdan sonra komandanın cəmi bir xalı var.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru