Balotelli Şahruddinlə komanda yoldaşı oldu - FOTO

16-09-2023, 13:38           
Balotelli Şahruddinlə komanda yoldaşı oldu - FOTO
İtaliyalı hücumçu Mario Balotelli Türkiyə Superliqasında çıxış edən “Adana Demirspor” klubu ilə azad agent kimi müqavilə imzalayıb.

“Klubumuz Mario Balotelli ilə birmövsümlük müqavilə bağlayıb, müqavilənin müddətini daha bir il uzatmaq imkanı var”, - deyə klubun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, bir gün əvvəl 32 yaşlı Balotelli İsveçrənin “Sion”u ilə müqaviləsinə xitam vermişdi. İtalyan futbolçu “Sion”da 19 oyun keçirib və altı qol vurub.

Ümumilikdə isə o, İtaliya millisində 36 oyun keçirib, 14 qol vurub və beş məhsuldar ötürmə edib.

Balotelli əvvəllər “Monza”, “Breşiya”, “Marsel”, “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti”, “İnter” və “Adana Demirspor”da çıxış edib.

Qeyd edək ki, “Qarabağ” klubunun keçmiş qapıçısı Şahruddin Məhəmmədəliyev də bir müddət əvvəl “Adana Demirspor”a keçib və Türkiyə Superliqasında çıxış edən komanda ilə ikiillik müqavilə bağlayıb















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru