Ronaldu dubl etdi, “Əl-Nəsr” qalib gəldi - VİDEO

23-09-2023, 11:08           
Ronaldu dubl etdi, “Əl-Nəsr” qalib gəldi - VİDEO
Səudiyyə Ərəbistanı çempionatında 7-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Kriştiano Ronaldunun da formasını geyindiyi “Əl-Nəsr” evdə “Əl-Əhli” ilə qarşılaşıb.

Ər-Riyadın “Əl-Əvval Park” stadionunda keçirilən oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Ronaldu bu görüşdə dubla imza atıb.

Qeyd edək ki, 7 turdan sonra “Əl-Nəsr” 15 xal toplayıb və hazırda turnir cədvəlində 5-ci yerdədir. Eyni xalı olan “Əl-Əhli” isə 6-cı yerdə qərarlaşıb. Sıralamaya 18 xalla “Əl-ittihad” liderlik edir.
“Əl-Nəsr” - “Əl-Əhli” - 4:3

Qollar: Ronaldu, 4, 52, Taliska, 17, 45+6 - Kessye, 30, Mahrez, 50-pen; Əl Birakan, 87












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru