“Real Madrid” səfərdə böyük hesabla qalib gəldi - VİDEO

1-10-2023, 00:22           
“Real Madrid” səfərdə böyük hesabla qalib gəldi - VİDEO
“Real Madrid” İspaniya La Liqasının VII turunda böyük hesablı qələbə qazanıb.

Oxu.Az xəbər verir ki, “Kral klubu” səfərdə “Jirona”nı üstələyib - 0:3.

Hesabı 17-ci dəqiqədə Xoselu açıb. Dörd dəqiqə sonra Orelyen Çuameni fərqi artırıb. Matçda son nöqtəni Cud Bellinqem qoyub. O, 71-ci dəqiqədə fərqlənməyi bacarıb. 90+4-cü dəqiqədə paytaxt təmsilçisinin heyətində Naço Fernandes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbə “Real Madrid”i birinci pilləyə yüksəldib. Komandanın 21 xalı var. Karlo Ançelottinin komandası 19 xalı olan “Jirona”nı və 20 xalı olan “Barselona”nı geridə qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru