“İnter”dən darmadağın: Lautaro Martines A Seriyasının tarixinə düşdü - VİDEO

1-10-2023, 09:21           
“İnter”dən darmadağın: Lautaro Martines A Seriyasının tarixinə düşdü - VİDEO
İtaliya A Seriyasının VII turunda “İnter” “Salernitana”nın qonağı olub.

Oxu.Az xəbər verir ki, qarşılaşma Milan təmsilçisinin böyük hesablı qələbəsilə başa çatıb - 0:4.

Hər dörd qolu Lautaro Martines vurub. 54-cü dəqiqədə meydana çıxan argentinalı forvard 62, 77, 85 (pen.) və 89-cu dəqiqələrdə fərqlənərək pokerə imza atıb.

L.Martines bu göstərici ilə A Seriyasının tarixinə düşüb. O, yarışda qələbəyə görə üç xalın verildiyi periodda, yəni 1994/95 mövsümündən bəri meydana sonradan çıxıb dörd qol vurmağı bacaran ilk oyunçu ünvanını qazanıb.
Qələbədən sonra xallarını 18-ə çatdıran “İnter” birinci pillədədir. “Milan”ın da eyni sayda xalı var. “Salernitana” isə üç xalla 18-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru