Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurdular

2-12-2023, 19:03           
Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurdular
Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurublar.

Yenisabah.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru