“Ayntraxt” “Bavariya”nı darmadağın edib

10-12-2023, 07:34           
“Ayntraxt” “Bavariya”nı darmadağın edib
Bu gün Almaniya Bundesliqasının XIV turunda “Bavariya” və “Ayntraxt” komandaları qarşılaşıb.

Frankfurtdakı “Deutsche Bank Park” stadionunda baş tutan görüş 5:1 hesabı ilə “Ayntraxt”ın xeyrinə başa çatıb.

“Ayntraxt”dan Ömər Marmuş, Erik Cunior Ebimbe (dubl), Hüqo Larsson və Ansqar Knauff fərqlənib.

“Bavariya”dan təsəlli qolu Coşua Kimmix vurub.

Tomas Tuxelin yetirmələri 10 qələbə və iki heç-heçədən sonra Bundesliqada bu mövsüm ilk dəfə məğlub olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru