“Srvena Zvezda”dan dünya rekordu

10-12-2023, 11:24           
“Srvena Zvezda”dan dünya rekordu
Belqradın “Srvena Zvezda” futbol klubu ölkə çempionatının ev matçlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə yeni dünya rekordu müəyyənləşdirib.

Şənbə günü komanda doğma meydanda “Mladost”a 3:1 hesabı ilə qalib gəlib. Oyun Rayko Mitiç stadionunda baş tutub və Belqrad komandasının Serbiya çempionatının yüksək divizionunda xal ala bildiyi ardıcıl 122-ci ev görüşü olub. Seriya 2018-ci ildən davam edir və bu müddət ərzində “Srvena Zvezda” 110 dəfə qalib gəlib, 12 dəfə heç-heçə edib, 339 qol vurub və 54 qol buraxıb.

Bundan əvvəlki rekord “Real Madrid”ə məxsus olub. 1957-1965-ci illər arasında Kral klubu İspaniya çempionatında ardıcıl 121 ev matçında meydanı xalsız tərk etməyib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru