Coşqun Diniyev Türkiyədə növbəti qolunu vurdu

10-12-2023, 09:50           
Coşqun Diniyev Türkiyədə növbəti qolunu vurdu
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor" Türkiyə 1-ci liqasında 15-ci tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, komanda "Keçirörengücü"nü qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

C.Diniyev start heyətdə meydana çıxıb və 79-cü dəqiqədə əvəzlənib. O, 71-ci dəqiqədə penaltidən komandasının 2-ci qolunun müəllifi olub. Bu, onun turnirdə 3-cü qoludur.

"Ümraniyespor" - "Keçiörüngücü" - 2:0

Qollar: Qlumak, 42, Coşqun Diniyev, 71-pen.

Qeyd edək ki, "Ümraniyespor" 18 xalla 11-ci pillədə qərarlaşıb. Siyahıya 36 xalla "Eyüpspor" başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru