Konor Makqreqorun növbəti döyüşünün vaxtı bəlli oldu

11-12-2023, 11:14           
Konor Makqreqorun növbəti döyüşünün vaxtı bəlli oldu
İki çəki dərəcəsində Mütləq Döyüş Çempionatının (Ultimate Fighting Championship - UFC) qalibi, irlandiyalı Konor Makqreqor növbəti döyüşünü yazda keçirəcək.

Məlumata görə, o, artıq gündəlik məşqlərə başlayıb.

“Növbəti döyüşümü yazda keçirəcəm. İndi hələ aktiv hazırlıq mərhələsində deyiləm, amma doping testlərindən keçirəm, hər gün məşq edirəm. Rəqibim Maykl Çendler olacaq”, - deyə idmançı bildirib.

Qeyd edək ki, Makqreqorun 35 yaşı var və o, qarışıq döyüş növləri üzrə 22 qələbə qazanıb, 6 məğlubiyyət alıb. 2021-ci ilin iyulunda amerikalı Dastin Puare ilə keçirdiyi son döyüşdə Makqreqor ayağını sındırıb.
Çandlerin isə 37 yaşı, qarışıq döyüşlərdə 23 qələbə və 8 məğlubiyyəti var.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru