Azərbaycan təmsilçisi ABŞ-dən olan basketbolçu ilə müqavilə imzalayıb 11-12-2023, 11:34 Azərbaycan Basketbol Liqasında çıxış edən “Xəzri” heyətini daha bir oyunçu ilə gücləndirib.Klubdan verilən məlumata görə, paytaxt təmsilçisi Aubri Makalpaynla anlaşıb.ABŞ-dən olan basketbolçu mövsümün sonunadək komandanın uğurları üçün çalışacaq.Qeyd edək ki, “Xəzri” daha əvvəl Makol Mavyenlə də müqavilə imzalayıb. Facebook-da paylaş