Türkiyə Super Liqasında qalmaqal: Futbol klubunun prezidenti hakimi döydü

12-12-2023, 12:34           
Türkiyə Super Liqasında qalmaqal: Futbol klubunun prezidenti hakimi döydü
Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ankaragücü” - “Çaykur Rizəspor” matçından sonra böyük qalmaqal yaşanıb.

“Ankaragücü” oyunun əsas vaxtında 1-0 öndə olsa da, 90+7-ci dəqiqədə rəqibin qol vurmasının qarşısını ala bilməyib və matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Oyun zamanı hakim “Ankaragücü”nün futbolçusu Ali Sounun qolunu saymayıb. İkinci hissədə isə onu meydandan qovub.

Qarşılaşmanın final fitindən sonra “Ankaragücü”nün prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Meleri yumruqlayıb. Hücumdan sonra hakimin sol gözü göyərib. Kocanın yanında olan iki nəfər isə Meler yerdə ikən onun başına və kürəyinə təpiklər vurublar.

Hakim matçdan sonra xəstəxanaya aparılıb. Türkiyə Futbol Federasiyasının İdarə Heyəti insidentlə bağlı növbədənkənar iclas keçirməyə qərar verib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru