Türkiyədə bütün futbol qarşılaşmaları təxirə salınıb

12-12-2023, 15:34           
Türkiyədə bütün futbol qarşılaşmaları təxirə salınıb
Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Super Liqa oyunundan sonra hakim Halil Umut Melerə hücumla bağlı açıqlama verib.

M.Büyükekşi hadisə ilə əlaqədar ölkədəki bütün liqalarda oyunlardan müddətsiz şəkildə təxirə salındığını bildirib.
“Bu gün bu alçaq hücumu edənlər təkcə Halil Umut Melerə hücum etmədilər. Bu gün edilən qeyri-insani hücum Türkiyə futbolunun bütün nümayəndələrinə edilib. Məsul klub və klubun idarəçiləri, bütün günahkarlar ən ağır şəkildə cəzalandırılacaq. Bütün liqalardakı oyunları müddətsiz şəkildə təxirə saldıq”, - deyə o qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.