Braziliyanın "Santos" klubunun prezidenti Marselo Teyşeyra maraqlı açıqma verib.
Publika.az xəbər verir ki, funksioner "Əl-Hilal"ın hücumçusu Neymarın doğma komandasına qayıtmağı planlaşdırdığını bildirib:
“Dünən mənə Neymardan zəng gəldi. O, mənə dedi ki, sən A Seriyasına qayıdana qədər 10 nömrəni istifadəsini qadağan etmisən. Ona görə də mən qayıdana qədər 11 nömrəni heç kimə vermə. Mən artıq xoşbəxt və ümidlə doluyam. Ümid edirik ki, Neymar gələcəkdə "Santos"a qayıdacaq”.
Qeyd edək ki, "Santos" 111 illik tarixində ilk dəfə Braziliya A Seriyasından aşağı liqaya düşüb. Teyşeyra elitaya qayıdana qədər klubun əfsanəsi olan Pelenin 10 nömrəli formasından istidadəni qadağan edib.