Benzemanın komandası yarımfinala çıxdı - VİDEO

13-12-2023, 09:58           
Benzemanın komandası yarımfinala çıxdı - VİDEO
Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası ölkənin Ciddə şəhərində keçirilən klublararası dünya çempionatının ilk tur matçında Yeni Zelandiyanın “Ouklend Siti” klubuna 3:0 hesabı ilə qalib gəlib.

Qolları Romarinyo (29-cu dəqiqə), Nqolo Kante (34) və Kərim Benzema (40) vurub.

“Əl-İttihad” yarımfinalda Misirin “Əl-Əhli” komandası ilə qarşılaşacaq.

Dekabrın 15-də isə İngiltərənin “Mançester Siti” komandası ilə yarımfinalda oynamaq hüququ uğrunda görüşdə Meksika “Leon”u Yaponiyanın “Urava Red Daymonds” komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, klublararası dünya çempionatı 2000-ci ildən keçirilir (turnir 2001-2004-cü illərdə baş tutmayıb). Hazırkı çempion İspaniyanın “Real Madrid” komandasıdır və o, beş qələbə ilə turnir tarixində ən çox uğur qazanan klubdur.

2025-ci ildən etibarən turnir 32 klubun iştirakı ilə yeni formatda keçiriləcək. Çempionat ABŞ-də təşkil olunacaq, dəqiq tarixlər daha sonra açıqlanacaq.

Mövcud reqlamentə əsasən, klublararası dünya çempionatında yeddi komanda - qitə birinciliklərinin altı qalibi və ev sahibi ölkənin çempionu iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru