İki komanda Azərbaycan çempionatından kənarlaşdırıldı

13-12-2023, 18:24           
İki komanda Azərbaycan çempionatından kənarlaşdırıldı
İki komanda Azərbaycan çempionatından kənarlaşdırıldı

AFFA İntizam Komitəsi aşağı yaş qruplarında çıxış edən iki komandanı yarışlardan kənarlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, U-10 liqasında yer alan “Xətai” və U-11 liqasında mübarizə aparan “Qoşqar” mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqlarından, bu cəzaya məruz qalıblar.

“Xətai” “Zirə” ilə görüşə təyin olunan vaxtda gəlməyib, Gəncə təmsilçisi “Qoşqar”ın isə “Gəncəvi” ilə qarşılaşmada heyətində yetərsay olmayıb.

Bundan başqa, daha iki komanda texniki məğlubiyyətlə üzləşib. U-10 Liqasında keçirilməli olan “Binə” - “Zəngəzur” oyununda ikincilərin heyətində yetərsay olmayıb. Mövsümdə ikinci dəfə bu hal yaşandığından, “Zəngəzur”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Yüksək Qızlar Liqasının “Sumqayıt” – “Şəmkir” oyununda isə “Şəmkir” Əsasnamə qaydalarını pozaraq, protokolda adı olmayan və digər komandada qeydiyyatdan keçmiş Aysel Ziyadovanı meydana buraxıb. Bu, “Şəmkir”in texniki məğlubiyyət alması ilə nəticələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru