BOK rusiyalı idmançılar barədə qərarını AÇIQLADI

14-12-2023, 09:19           
BOK rusiyalı idmançılar barədə qərarını AÇIQLADI
2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi rusiyalıların neytral statusda qəbulunu təsdiqləyib.

Bu barədə komitə rəhbəri Toni Estange bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bu barədə qərarına hörmətlə yanaşır.

“Biz bu idmançıların müəyyən edilmiş qaydalara uyğun olaraq - bayraqlar, himnlər, rəsmi şəxslər və komanda ilə idman növləri olmadan iştirakını alqışlayırıq”, - deyə o bildirib.
Qeyd edək ki, dekabrın 8-də BOK rusiyalılara və belarusiyalılara Olimpiadada neytral statusda iştirak etməyə icazə verib. Bununla belə, idmançıların komanda yarışlarında iştirakına icazə verilməyəcək. Üstəlik, rəsmi obyektlərdə və tədbirlərdə hər hansı formada Rusiya simvolları qadağan ediləcək.

Yeri gəlmişkən, bildirək ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransa paytaxtında keçiriləcək.

Mənbə: RT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru