"Barselona"nın futbolçularına duş qəbul etmək qadağan olunub - SƏBƏB

14-12-2023, 12:48           
"Barselona"nın futbolçularına duş qəbul etmək qadağan olunub - SƏBƏB
“Barselona” və “Jirona” futbol klublarının oyunçularına suya qənaət etmək üçün stadionun soyunub-geyinmə otaqlarında və bazada duş almaq qadağan edilib.

"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, bu narahatçılıqlar Kataloniya hökumətinin bölgədəki quraqlıq səbəbindən tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır. Məhdudiyyətlərə görə, oyunçular yalnız oyundan və ya evdə məşqdən sonra duş ala biləcəklər.

Qeyd edək ki, Kataloniyada başlayan quraqlıq artıq ötən əsrin ən dəhşətlisi hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru