Çempionlar Liqasında ən çox qazanc əldə edən 10 klub AÇIQLANDI

15-12-2023, 00:10           
Çempionlar Liqasında ən çox qazanc əldə edən 10 klub AÇIQLANDI
Cari mövsümdə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ən çox qazanc əldə edən klubların adları açıqlanıb.

Siyahıya İspaniyanın “Real” klubu başçılıq edir.

Madrid təmsilçisinin qrup mərhələsindəki gəliri 79,89 milyon avro olub. Bunun 15,6 milyonu qrupda iştiraka görə verilib. “Kral klubu” hər qələbəyə görə 2,8 milyon, pley-offa vəsiqəyə görə isə 9,8 milyon avro alıb. Son 10 ildə Çempionlar Liqasındakı çıxışa əsasən hesablanan əmsallardan asılı olaraq, bonus kimi daha 36,4 milyon avro büdcəyə köçürüləcək. Digər gəlirlər isə ümumi bonuslar hesab olunur (report).

ÇL-in qrupunda ən çox qazanc əldə edən 10 klub:

1. “Real” (İspaniya) – 79,89 milyon avro

2. “Bavariya” (Almaniya) – 76,64 milyon

3. “Mançester Siti” (İngiltərə) – 76,48 milyon

4. “Barselona” (İspaniya) – 71,53 milyon

5. “Atletiko” (İspaniya) - 71,11 milyon

6. PSJ (Fransa) – 63,89 milyon

7. “Portu” (Portuqaliya) – 63,57 milyon

8. “Borussiya” (Dortmund, Almaniya) – 63,52 milyon

9. “Arsenal” (İngiltərə) – 63,36 milyon

10. “Napoli” (İtaliya) – 58,04 milyon
\\Redaktor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru