Çempionlar Liqasında qrup mərhələsi bir daha oynanmayacaq - Yeni format

15-12-2023, 11:54           
Çempionlar Liqasında qrup mərhələsi bir daha oynanmayacaq - Yeni format
Çempionlar Liqasında qrup mərhələsi növbəti mövsümlərdə bir daha oynanmayacaq.

"Offsideplus.az" xəbər verir ki, növbəti "futbol ili"ndən etibarən ÇL fərqli formatda keçiriləcək. Avropanın ən nüfuzlu klub futbol turnirində 36 komanda çıxış edəcək.

Qrup mərhələsi isə 1 böyük liqa ilə əvəz olunub. Hər komanda ilkin mərhələdə 10 oyun keçirəcək (5-i ev, 5-i səfər). Liqada ilk "8-lik"də qərarlaşan komandalar avtomatik olaraq növbəti tura vəsiqə qazanacaq. 9-24-cü yerlərdəki klublar iki mərhələdən ibarət olan pley-off oyunlarına çıxacaq və 1/8 finala yollarını müəyyənləşdirəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru