Konfrans Liqası: “Fənərbağça” qrup lideri kimi pley-offa çıxdı - VİDEO

15-12-2023, 08:29           
Konfrans Liqası: “Fənərbağça” qrup lideri kimi pley-offa çıxdı - VİDEO
UEFA Konfrans Liqasında son turun matçları keçirilir.

Oxu.Az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubunun yer aldığı H qrupunda artıq mübarizə başa çatıb.

Son turda İstanbulda Trnava “Spartak”ını qəbul edən “sarı lacivərdlər” darmadağına imza atıblar - 4:0. Bu, “Fənər”ə 12 xal toplayaraq qrup lideri kimi turnirin pley-off mərhələsinə yüksəlmək imkanı verib.
Qrupun digər görüşündə “Lüdoqorets” “Norşellan”a minimal hesabla qalib gələrək adını növbəti mərhələyə yazdırıb - 1:0. “Spartak” isə 1 xalla qrupda sonuncu yerdə qalıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru