“Google”da 2023-cü ilin ən populyar 10 idmançısı: Ronaldu və Messi siyahıda yoxdur

15-12-2023, 17:54           
“Google”da 2023-cü ilin ən populyar 10 idmançısı:
“İnter Mayami”nin hücumçusu Lionel Messi və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Krişitanu Ronaldu 2023-cü ildə “Google”da axtarılan ilk 10 idmançı sırasına düşməyiblər.

“Google” axtarış sistemində sorğulara görə birinci yeri NFL-də çıxış edən (ABŞ futbolu) “Buffalo Bills”in yarımmüdafiəçisi Damar Hemlin tutub. İkinci yerdə Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe olub. Üçüncü yerdə “Kanzas-Citi Çifs” (NFL) komandasının oyunçusu Trevis Kelsi qərarlaşıb. Futbolçular arasında “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn də ilk 10-luğa daxil olub, beşinci yeri tutub. “Memfis” basketbolçusu Ja Morant dördüncü yerdədir.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildə “Qızıl top”u alıb. Argentinalı keçən yay azad agent kimi “İnter Mayami”yə keçib. Kriştianu Ronaldu 2023-cü ilin yanvarından “Ən-Nəsr”də çıxış edir. Portuqaliyalı daha əvvəl İngiltərənin “Mançester Yunayted” klubunu təmsil edib.
Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru