Hakimi döyən Faruk Koca ömürlük futboldan uzaqlaşdırıldı

15-12-2023, 11:18           
Hakimi döyən Faruk Koca ömürlük futboldan uzaqlaşdırıldı
Hakimi döyən Faruk Koca ömürlük futboldan uzaqlaşdırıldı

Türkiyə çempionatının matçından sonra hakimi döyən “Ankaragücü” futbol komandasının sabiq prezidenti Faruk Koca barədə qərar verilib.

Futbol Federasiyasının İntizam Komitəsi onu ömürlük futbol fəaliyyətindən uzaqlaşdırıb.

Bildirilib ki, klub rəhbərliyinin digər üzvləri xəbərdarlıq alaraq cərimə ediliblər. Həmçinin “Ankaragücü” 2 milyon türk lirəsi cərimə olunub. İdarə heyəti qeyd edib ki, komanda növbəti beş ev oyununu azarkeşlərsiz keçirəcək.

Xatırladaq ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. F. Koca isə bu gün həbs olunub.
qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru