Benzema penaltini qaçırdı, komandası klublararası dünya çempionatını tərk etdi - VİDEO

16-12-2023, 11:34           
Benzema penaltini qaçırdı, komandası klublararası dünya çempionatını tərk etdi - VİDEO
Misirin “Əl-Əhli” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandaları klublararası dünya çempionatının ikinci turunda qarşılaşıb.

Ciddə şəhərindəki “Kral Abdullah” stadionundakı matçda. “Əl-Əhli” 3:1 hesabı ilə qalib gələrək turnirin yarımfinalına yüksəlib.

21-ci dəqiqədə “Əl-Əhli”nin müdafiəçisi Əli Məəlul penaltidən hesabı açıb. Birinci hissənin sonunda “Əl-İttihad”ın hücumçusu Kərim Benzema isə penalti zərbəsini qola çevirə bilməyib. 59-cu dəqiqədə yarımmüdafiəçi Hüseyn Əl Şahat “Əl Əhli”nin ikinci qolunu vurub. 3 dəqiqə sonra Emam Aşur hesabı artırıb - 3:0. Görüşün sonunda Benzema təsəlli qoluna imza atıb - 3:1.

Beləliklə də, klublararası dünya çempionatının yarımfinalında “Əl-Əhli” Braziliyanın “Fluminense” klubu ilə qarşılaşacaq. Qarşılaşma bazar ertəsi, dekabrın 18-də baş tutacaq. Digər yarımfinalda isə Yaponiyanın “Urava Red Daymonds” və İngiltərənin “Mançester Siti” komandaları üz-üzə gələcəklər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru