A Seriyası: “Yuventus” səfərdə xal itirdi - VİDEO

16-12-2023, 13:24           
A Seriyası: “Yuventus” səfərdə xal itirdi - VİDEO
İtaliya A Seriyasında 16-cı turunda “Cenoa” “Yuventus”u qonaq edib. Genuyadakı “Luici Ferraris” stadionundakı qarşılaşma 1:1 hesabıyla nəticələnib.

28-ci dəqiqədə “Yuve”nin hücumçusu Federiko Kyeza hesabı açıb. O, penaltini qola çevirib. İkinci hissənin əvvəlində isə “Cenoa”nın hücumçusu Albert Qudmundsson cavab qolunu vurub.

Hazırda “Yuventus” turnir cədvəlində ikinci yerdədir. Komanda 16 oyundan sonra 37 xal toplayıb. “Cenoa” isə 16 xalla 14-cüdür.
Qeyd edək ki, İtaliya çempionatına “İnter”i (38) başçılıq edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru