Ərəblər ona elə bir məbləğ təklif etdilər ki…

16-12-2023, 09:56           
Ərəblər ona elə bir məbləğ təklif etdilər ki…
Bu qış “Mançester Yunayted”i tərk edəcəyi gözlənilən Kazemiro uzun müddət klubsuz qalmayacaq.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı artıq futbolçunun mümkün keçidi ilə bağlı onun nümayəndələri ilə əlaqə saxlayıb.

Şeyxlər Çempionlar Liqasının beşqat qalibini ildə 20 milyon avroluq maaşla şirnikləndirirlər. Futbolçu və onun nümayəndələri düşünmək üçün vaxt istəyiblər.

Braziliyalının Avropada qalmaq variantları da var. Xüsusən də PSJ və İtaliyanın adı açıqlanmayan klubu onun xidmətində maraqlıdır.

Qeyd edək ki, Kazemiro 2022-ci ilin yayında “Real”dan “Mançester Yunayted”ə keçib. Bu mövsüm braziliyalı “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 12 oyun keçirib və 4 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru