Osimhenin möhtəşəm ötürməsi ilə Xviça “Napoli”yə üç xal qazandırdı - VİDEO

17-12-2023, 10:08           
Osimhenin möhtəşəm ötürməsi ilə Xviça “Napoli”yə üç xal qazandırdı - VİDEO
İtaliya A seriyasının XVI turunda “Napoli” evdə “Kalyari”ni qəbul edib.

Oyun neapolluların 2:1 hesablı qələbəsilə yekunlaşıb. Matçda hesabı 69-cu dəqiqədə Viktor Osimhen açıb.

Qonaqların heyətində Leonardo Pavoletti 72-ci dəqiqədə hesaba tarazlıq gətirib.

75-ci dəqiqədə isə V.Osimhenin möhtəşəm driblinqi və ötürməsilə gürcü Xviça Kvaratsxeliya qol vuraraq “Neapol”a qələbə qazandırıb.
Bu nəticədən sonra “Napoli” 27 xalla dördüncü yerə yüksəlib. “Kalyari” isə 13 xalla 16-cıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru