“Barsa” uğursuzluq zolağından çıxa bilmir - VİDEO

17-12-2023, 12:08           
“Barsa” uğursuzluq zolağından çıxa bilmir - VİDEO
İspaniya La Liqasının XVII turu çərçivəsində “Barselona” səfərdə “Valensiya” ilə heç-heçə edib - 1:1.

Joau Feliks 55-ci dəqiqədə “Barsa”nı önə çıxarıb. 70-ci dəqiqədə isə Uqo Qilyamon hesaba tarazlıq gətirib.
Bu nəticə ilə “Barselona” 35 xalla üçüncü yerdə, “Valensiya” isə 20 xalla 10-cu yerdədir. Xatırladaq ki, Kataloniya təmsilçisi ötən tur doğma divarlar arasında "Jirona"ya 2:4 hesabı ilə uduzub. Ümumiyyətlə bu mövsüm La Liqada son dörd səfər oyununda qələbə üzünə həsrət qalıb. Komanda Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə "Antverpen"ə 3:2 hesabı ilə məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru