Azərbaycan gimnastları beynəlxalq turnirdə növbəti medallara sahib olublar

17-12-2023, 10:17           
Azərbaycan gimnastları beynəlxalq turnirdə növbəti medallara sahib olublar
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə növbəti medallara sahib olublar.

Oxu.Az xəbər verir ki, fərdi proqramda Fərhad Mustafayev birinci, Ömər Qasımlı ikinci, Səma Cəfərova və Ammar Baxşalıyev üçüncü yeri tutublar.

Sinxron proqramda isə Əli Niftəliyev və Mehdi Əliyev gümüş, Səma Cəfərova və Şəfiqə Hümbətova isə bürünc medal qazanıblar.
Qeyd edək ki, daha əvvəl sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova birinci, Fərhad Mustafayev və Ömər Qasımlı isə ikinci olublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.