Klublararası dünya çempionatı: İlk finalçı bəlli oldu - VİDEO

19-12-2023, 08:56           
Klublararası dünya çempionatı: İlk finalçı bəlli oldu - VİDEO
Braziliyanın “Fluminense” və Misirin “Əl Əhli” komandaları 2023-cü il klublararası dünya çempionatının yarımfinal matçından qarşılaşıb.

Ciddədəki Kral Abdullah stadionundakı matçda “Fluminense” inamlı qələbə qazanmağı bacarıb - 2:0.

Braziliyalılar 71-ci dəqiqədə Con Aryasın qolu sayəsində hesabda önə keçib. “Fluminense”nin yarımmüdafiəçisi penaltini qola çevirib. Görüşün sonunda isə nominal ev sahiblərinin hücumçusu Con Kennedi yekun hesabı müəyyən edib - 2:0.
Beləliklə də, Latın Amerikası komandası klublararası dünya çempionatının finalına yüksəlib.

Braziliyalılar həlledici görüşdə “Mançester Siti” və “Urava Red Daymonds” qarşıdurmasının qalibi ilə görüşəcəklər. Final oyunu dekabrın 19-da baş tutacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru