“Real Madrid” və “Mançester Yunayted” İkardinin izinə düşüb

20-12-2023, 10:45           
“Real Madrid” və “Mançester Yunayted” İkardinin izinə düşüb
“Real Madrid” “Qalatasaray”ın hücumçusu Mauro İkardinin transferi ilə maraqlanır.

Məlumata görə, kral klubu qış transfer pəncərəsində İkardini transfer etmək qərarına gəlib. Madrid klubu argentinalı futbolçunu almaq opsiyasıyla icarəyə götürməyə də hazırdır. Onun “Los Blankos”un hücumunun mərkəzində Xoselu ilə rəqabət aparacağı gözlənilir.

Hazırda “Mançester Yunayted”də İkardinin xidmətlərində maraqlıdır. Klub rəhbərliyi argentinalını altı aylıq icarə əsasında komandada görmək istəyir.
Xatırladaq ki, İkardinin “Qalatasaray”la hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

​Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru