"Barselona” autsayderə çətinliklə qalib gəldi - VİDEO

21-12-2023, 09:06           
"Barselona” autsayderə çətinliklə qalib gəldi - VİDEO
“Barselona” və “Almeriya” komandaları arasında baş tutan La Liqanın 18-ci tur oyunu başa çatıb. Katalon klubu autsayderə çətinliklə qalib gəlib - 3:2.

33-cü dəqiqədə “Barselona” cinah hücumçusu Rafinyanın qolu sayəsində hesabda önə keçib - 1:0. Lakin cəmi 10 dəqiqə sonra qonaqların hücumçusu Leo Baptistao hesabı bərabərləşdirib - 1:1.

60-cı dəqiqədə Serxi Roberto “Barselona”nı irəli çıxarıb - 2:1. 11 dəqiqə sonra “Almeria” yenidən hesabda bərabərlik yaradıb. Bu dəfə katalonların qapısını məhz Edqar Qonzales dəqiq hədəfə alıb. 83-cü dəqiqədə Robertonun ikinci qolu “Barselona”ya qələbə qazandırıb.
Beləliklə də, hazırda “Barsa” İspaniya çempionatının turnir cədvəlində üçüncü yerdədir. Komanda 18 turdan sonra 38 xal toplayıb. “Almeria” isə cəmi beş xalla sonuncu, 20-ci yerdə qərarlaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru