Moskvada “Şahmat Ulduzları 3.0” turniri keçirilib: Azərbaycanlı qrosmeyster beşinci yeri tutub - FOTO

21-12-2023, 11:38           
Moskvada “Şahmat Ulduzları 3.0” turniri keçirilib: Azərbaycanlı qrosmeyster beşinci yeri tutub - FOTO
Moskvada görkəmli qrosmeysterlərin və gənc idmançıların iştirakı ilə sürətli şahmat üzrə “Şahmat Ulduzları 3.0” beynəlxalq turniri başa çatıb.

Ümumi mükafat fondu 15 000 000 rubl (təxminən 280 min manat) olan turnir “Lujniki” arenasının ərazisində keçirilib.

Blits turnirində Vladislav Artemyev və Raunak Sadhvani hərəyə 12 xal, Aleksandr Qrişuk - 11,5, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov - 10, Sergey Karyakin - 9,5, Yevgeni Tomaşevski - 9, Ernesto İnarkiyev - 8, Fransisko Valyexo - 7,5, Yekaterina Laqno – 7, Aleksandra Qoryaçkina – 3,5 xal toplayıblar.

Turnirin iki mərhələsinin (rapid+blits) nəticələrinə əsasən, Yekaterina Laqno 10-cu, Aleksandra Qoryaçkina 9-cu, Ernesto İnarkiyev 8-ci, Sergey Karyakin 7-ci, Fransisko Valyexo 6-cı, Teymur Rəcəbov 5-ci yer, Yevgeni Tomaşevski 4-cü, Raunak Sadhvani 3-cü, Aleksandr Qrişuk 2-ci yeri tutublar.

Vladislav Artemyev isə turnir tarixində ikinci dəfə qalib olub.





Mənbə: media.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.