La Liqanın lideri qələbəni son anda əldən verdi - VİDEO

22-12-2023, 07:38           
La Liqanın lideri qələbəni son anda əldən verdi - VİDEO
İspaniya La Liqasının 18-ci turunda lider “Jirona” “Real Betis”in qonağı olub.

Birinci hissənin sonunda, 39-cu dəqiqədə “Betis”in qapısına penalti təyin olunub. Ukraynalı hücumçu Artem Dovbik 11 metrlik zərbə ilə “Jirona”nı önə keçirib. Görüşün sonlarında, 89-cu dəqiqədə isə German Pessella hesabı bərabərləşdirib - 1:1.

Bu matçın nəticəsindən sonra “Jirona” 43 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qalıb, lakin “Real Madrid”dən çox da uzaqlaşa bilməyib. Kral klubunun 42 xalı və ehtiyatda oyunu var.
“Betis” isə eyni sayda matçdan sonra 28 xalla yeddinci yerdədir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru