Mutuya ağır itki üz verdi, təcili ölkəsinə qayıtdı

22-12-2023, 09:05           
Mutuya ağır itki üz verdi, təcili ölkəsinə qayıtdı
“Neftçi” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”la bu gün keçiriləcək oyuna baş məşqçisiz çıxacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 44 yaşlı mütəxəssis qarşılaşmada texniki zonada yer almayacaq. Çünki rumıniyalı məşqçi anası Rodika Mutunun ölümü ilə əlaqədar ölkəsinə yollanıb. “Qaradağ Lökbatan”la matça komandanı baş məşqçinin köməkçiləri çıxaracaq.
Qeyd edək ki, “Neftçi” – “Qaradağ Lökbatan” oyunu saat 18:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru