Azərbaycan çempionatının ən bahalı futbolçuları kimlərdir? - SİYAHI

24-12-2023, 10:34           
Azərbaycan çempionatının ən bahalı futbolçuları kimlərdir? - SİYAHI
Futbol üzrə Azərbaycan Premyer Liqasında qış transfer dövrünün başlamasına 2 ay qalıb.

"Transfermarkt" xəbər verir ki, Azərbaycan çempionatında ən bahalı futbolçu 3 milyon avro dəyərlə "Neftçi"nin oyunçusu Andre Şinyaşikidir. Digər "ağ-qaralı" Yuri Matias ikinci pillədə (1,8 milyon avro), "Sabah"dan İsak Belfodil isə üçüncü yerdədir (1,7 milyon avro).

Tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksələn "Qarabağ"ın 3 futbolçusu ilk "10-luq"da yer alıb. Ağdam təmsilçisindən Andrey Lunyov 1,2 milyon avro transfer dəyəri ilə komanda yoldaşları arasında ən bahalı futbolçudur.

Qeyd edək ki, Azərbaycanda qış transfer pəncərəsi 2024-cü il 25 fevral - 31 mart tarixlərini əhatə edəcək.

1. Andre Şinyaşiki ("Neftçi") - 3 milyon avro
2. Yuri Matias ("Neftçi") - 1,8 milyon avro
3. İsak Belfodil ("Sabah") - 1,7 milyon avro
4. Emin Mahmudov ("Neftçi") - 1,4 milyon avro
5. Andrey Lunyov ("Qarabağ") - 1,2 milyon avro
6. Yassin Benzia ("Qarabağ") - 1 milyon avro
7. Reziuan Mirzov ("Neftçi") - 1 milyon avro
8. Ervin Koffi ("Neftçi") - 900 000 avro
9. Leandro Andrade ("Qarabağ") - 900 000 avro
10. Maruan Hadudi ("Sabah") - 850 000 avro












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru