“Roma” - “Napoli”: İki qol, on iki sarı və iki qırmızı vərəqə - VİDEO

24-12-2023, 11:44           
“Roma” - “Napoli”: İki qol, on iki sarı və iki qırmızı vərəqə - VİDEO
İtaliya A Seriyasında 17-ci turun mərkəzi qarşılaşması başa çatıb.

“Roma” paytaxt stadionunda “Napoli”ni qəbul edib.

Oyun daha çox sərt mübarizə ilə yadda qalıb. Belə ki, matç ərzində futbolçulara 12 sarı və iki qırmızı vərəqə göstərilib. Qonaqlar oyunu doqquz nəfərlə başa vurmalı olublar.
Say üstünlüyündən yararlanan ev sahibləri iki qolla matçın taleyini həll ediblər: Pelleqrini (76) və Lukaku (90+7) fərqlənib - 2:0.

Beləliklə də, hazırda 28 xalı olan “Roma” 6-cı pilləyə yüksəlib. Ondan bir xal az toplayan “Napoli” isə 7-ci yerdə qərarlaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru