“Neftçi”nin yeni baş məşqçi bəlli oldu

25-12-2023, 07:24           
“Neftçi”nin yeni baş məşqçi bəlli oldu
"Neftçi" komandasının baş məşqçisi dəyişib.

Bizim.Media paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rumıniyall Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Onu bu postda monteneqrolu mütəxəssis Miodraq Bojoviç əvəzləyəcək. 55 yaşlı yeni baş məşqçi “Belqrad”, “Boraç”, “Obiliç”, “Hayduk” (Belqrad), AEK (Pafos), “Buduçnost”, “Qrbal”, “Amkar” (Perm), “Moska”, “Dinamo” (Moskva), “Rostov”, “Lokomotiv” (Moskva), “Srvena Zvezda”, “Krılya Sovetov” kimi klublarda da baş məşqçi olub.

Qeyd edək ki, Mutu mövsümün əvvəlindən "ağ-qaralar"ın sükanı arxasında idi.

Xatırladaq ki, bu gün “Neftçi” PFK ilə Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Adrian Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar diləyib, anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.