Komandamız erməniləri məğlub etdi

2-08-2016, 13:50           
Komandamız erməniləri məğlub etdi
Çimərlik voleybolu üzrə milli komandamız Ermənistan yığmasını məğlub edib.

AzNews.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində çimərlik voleybolu üzrə ənənəvi “The Queens of Black Sea” beynəlxalq turniri keçirilib. Yarışda Azərbaycandan 1, Ermənistandan 4 və Gürcüstandan 3 cütlük qüvvəsini sınayıb.

Anita Bredis və Kəmalə Əsgərovadan ibarət millimiz 3-cü pillənin sahibi olub. Komandamız qrup mərhələsində ermənilərə qalib gəlsə də, yarımfinalda gürcülərin müqavimətini qıra bilməyərək məğlub olub. Lakin voleybolçularımız bürünc medal uğrunda matçda ev sahiblərinin digər cütlüyünə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru