Mançester derbisi “şəhərlilər”in qələbəsi ilə başa çatıb

4-03-2024, 10:14           
Mançester derbisi “şəhərlilər”in qələbəsi ilə başa çatıb
İngiltərə Premyer Liqasının 27-ci turunun “Mançester Siti” və “Mançester Yunayted” komandalarının qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar “Etihad” stadionunda qarşılaşıblar. Görüşün baş hakimi qismində Endryu Madli çıxış edib. Start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənib. “Mançester Siti” 3:1 hesabı ilə qələbə qazanıb.

Artıq səkkizinci dəqiqədə Markus Reşfordun qolu sayəsində “qırmızı şeytanlar” hesabda önə keçiblər. 56-cı dəqiqədə “şəhərlilər” hesabı bərabərləşdirməyi bacarıblar. Filip Foden qola imza atıb. 80-ci dəqiqədə meydan sahiblərinin ingilis yarımmüdafiəçisi ikinci qolunu vurub. 90+1-ci dəqiqədə Erlinq Holand son nöqtəni qoyub - (3:1).

İngiltərə çempionatının 27 turundan sonra Qvardiolanın yetirmələri 62 xal toplayıb və liderlik edən “Liverpul”dan 1 xal geri qalaraq 2-ci yerdə qərarlaşıblar. Öz növbəsində, İngiltərə Premyer Liqasında eyni sayda oyundan sonra “Mançester Yunayted” 44 xal qazanaraq altıncı yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru